Bakıda atasına 5 bıçaq zərbəsi vuranın məhkəməsi başlayır

Bakıda atasına 5 bıçaq zərbəsi vuranın məhkəməsi başlayır Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
25 Dekabr , 2019 11:52
Bakıda atasına 5 bıçaq zərbəsi vuranın məhkəməsi başlayır

Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Növruz Kərimovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

C.Haqverdiyevə Cinayət Məcəlləsini 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi