Bakıda ata və oğlu tutulub

Bakıda ata və oğlu tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
27 İyul , 2015 15:38
Bakıda ata və oğlu tutulub

Bakı. 27 iyul. REPORT.AZ/ Bakıda ata və oğlu tutulub. “Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bağırova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Buskay Seyidəliyev və oğlu Aşur tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi