Bakıda at 20 yaşlı oğlanı sürüyüb

Bakıda at 20 yaşlı oğlanı sürüyüb O, ağır bədən xəsarətləri alıb
Hadisə
1 Dekabr , 2016 15:37
Bakıda at 20 yaşlı oğlanı sürüyüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda 20 yaşlı oğlanı at sürüyüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küç, ev 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yeni aldığı ata minib sürmək istəyib. At hürküb və onun boynundakı kəndir Q.Rəhimovun ayağına keçib. Nəticədə at gənc oğlanı bir neçə metr sürüyüb. Yalnız qonşuların köməyi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi