Yuxarı
    Bağlamaq

    Bakıda Astara rayon sakinlərindən saxta əsginazlar götürülüb

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda Astara rayon sakinlərindən saxta əsginazlar götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci PB əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunan Valeh Babayev şübhəli şəxs qismində Polis Bölməsinə gətirilib. Q.Kərimovdan 250.000 rubl saxta əsginaz götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əsginaz verib 3075 manat almaları müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi