Yuxarı

Bakıdakı asfalt-beton zavodunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

FHN rəsmi məlumat yayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində yerləşən asfalt-beton zavodunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. “Report”un FHN-in rəsmi saytlna istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilib ki, Qaradağ rayonu, Müşviq qəsəbəsi, asfalt zavodunun ərazisində həcmi 3 kub.m olan 1 ədəd boru qazanxananın içərisində və bitum çənlərinin ətrafına dağılmış bitum qalıqları 100 kv.m. sahədə yanıb. Yanğından yaxınlıqdakı 3 ədəd 60 və 2 ədəd 35 tonluq bitum çənləri mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

ilk xəbər saat 21:59-da verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində yerləşən asfalt-beton zavodunda yanğın başlayıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi