Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istərkən saxlanılıb.
"Report"un məlumatına görə, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib. Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Xaçmaz rayonunda, "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***9:51
Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıd ər arvadının boğazını kəsərək onu qətlə yetirib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib. Daha sonra R.Çəltikov hadisə yerindən qaçıb.
R.Çəltikovun axtarışlarına başlanılıb.