Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb

Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bakıda arvadını boğaraq öldürən şəxs saxlanılıb.
Hadisə
22 Yanvar , 2018 11:36
Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakıda arvadını boğaraq öldürən şəxs saxlanılıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi