Bakıda arvadını xüsusi amansızlıqla öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda arvadını xüsusi amansızlıqla öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
21 Noyabr , 2017 16:53
Bakıda arvadını xüsusi amansızlıqla öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən 1956-cı il təvəllüdlü Ramiz İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.İbrahimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. R.İbrahimov arvadı Səmayə Camalovaya 7 bıçaq zərbəsi vurub. Qadın hadisə yerindəcə keçinib.

Daha sonra R.İbrahimov evdən həyətə çıxıb, orada öz qarnına 8 bıçaq zərbəsi vuraraq intihara cəhd göstərib, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Onun həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, R.İbrahimov hadisəni törədən zaman həddindən artıq sərxoş olub. Elə ər-arvad arasında mübahisə də bu səbəbdən yaranıb. Qadın ərinin hər gün içki içməsinə etiraz edib. Bu səbəbdən evdə tez-tez mübahisələr yaranıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökümdən narazı qalan təqisrləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasını daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Son xəbərlər

Orphus sistemi