Bakıda arvadını və qayınanasını qətlə yetirən şəxsin qabırğası sınıb

Bakıda arvadını və qayınanasını qətlə yetirən şəxsin qabırğası sınıb Bakıda iki nəfəri qətlə yetirdikdən sonra yol qəzasına düşən şəxsin qabırğasının sındığı məlum olub.
Hadisə
17 Oktyabr , 2019 11:37
Bakıda arvadını və qayınanasını qətlə yetirən şəxsin qabırğası sınıb

Bakıda iki nəfəri qətlə yetirdikdən sonra yol qəzasına düşən şəxsin qabırğasının sındığı məlum olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qətl hadisəsini törədən Vaqif Hüseynov yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən zaman onun bədəninin müxtəlif nahiyələrində əziklərin olduğu məlum olunub.

Qeyd edilib ki, V.Hüseynov hazırda həmin xəstəxananın Reanimasiya şöbəsində polis nəzarətində müalicə olunur, onun həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, V.Hüseynov ötən gün paytaxtın Binəqədi rayonu ərazisində həyat yoldaşı və qayınanasını bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, hər iki meyitin üzərinə neft tökərək onları yandırıb və hadisə yerindən uzaqlaşıb.

V.Hüseynov hadisə yerindən qaçarkən onu sərnişin avtobusu vurub və yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi