Bakıda arvadını stəkanla qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Bakıda arvadını stəkanla qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb İş hakim Tamella Nəsrullayevanın icraatına verilib
Hadisə
1 Dekabr , 2016 14:40
Bakıda arvadını stəkanla qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda arvadını stəkanla qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işi üzrə Səbail Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tamella Nəsrullayevanın icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra M.Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.

İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Belə ki, M.Piriyev şüşə stəkan ilə arvadının başına bir neçə zərbə vurub.

M.Piriyev narkotik vasitələrin təsiri altında oldu bəlli olub.

Son xəbərlər

Orphus sistemi