Yuxarı
    Bağlamaq

    Bakıda arvadını stəkanla öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

    Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib

    Bakı. 2 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Müzəffər Piriyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    “Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Daha sonra M.Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.

    İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Belə ki, M.Piriyev şüşə stəkan ilə arvadının başına bir neçə zərbə vurub. İstintaq dövründə M.Piriyevin narkotik vasitələrin təsiri altında olduğu bəlli olub.

    O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Piriyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi