Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin bacısı oğlu məhkəmədə dindirilib

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin bacısı oğlu məhkəmədə dindirilib Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.
Hadisə
15 fevral 2022 12:45
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin bacısı oğlu məhkəmədə dindirilib

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin bacısı oğlu Xəzər Abdullayev ifadəsində bildirib ki, dayısı ilə onun mərhum həyat yoldaşının arasında söz-söhbət daha çox təmizlik üstündə olurmuş: "Sevinc davadan sonra anasıgilə gedirdi. Mənə hadisə barədə digər dayım məlumat verdi. Ora gedəndə artıq dayım Füzuli Qarayevi həbs etmişdilər. Məlumata görə, dayım Sevinci evdən qonşuya keçməsinə görə öldürüb, qonşunu isə nalayiq ifadələr işlətdiyinə görə bıçaqlayıb".

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü F.Qarayev arvadı, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.

Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Daha sonra F.Qarayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi