Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib
Hadisə
6 Oktyabr , 2016 16:50
Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib
Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Bəhmən oğlu Kazımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb. T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi