Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl bu il Binəqədi rayonu ərazisində baş verib. M.Alıyev həyat yoldaşı Mehriban Alıyevanı qısqanclıq zəminində qətlə yetirib.