Yuxarı

Bakıda arvadını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin baxış iclası fevralın 26-na təyin edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sadıqov Cəlal Pirşah oğlu hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report” xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı, 66 yaşlı C.Sadıqovla mübahisə edən 52 yaşlı Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra C.Sadıqov onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan T.Sadıqovanın həyatını xilas etmək mümkün olub. Hadisə yerindən qaçan C.Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham edilib.

Ötən ilin dekabr ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi