Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Seymur Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Soltanov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Hənin ərazidə yaşayan 1976-cı il təvəllüdlü S.Soltanov arvadı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra S.Soltanov könüllü olaraq polisə gəlib.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.