Bakıda arvadını bıçaqlayan 74 yaşlı kişiyə şərti cəza verilib

Bakıda arvadını bıçaqlayan 74 yaşlı kişiyə şərti cəza verilib Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 74 yaşlı İbadullah Mənsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Yanvar , 2018 11:37
Bakıda arvadını bıçaqlayan 74 yaşlı kişiyə şərti cəza verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 74 yaşlı İbadullah Mənsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında İ.Mənsimovun barəsində şərti cəza verilməsini istəyib. Məhkəmənin hökmü ilə İ.Mənsimov 3 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, ona şərti cəza verilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin Sabunçu rayonunda baş verib. İ.Mənsimov həyat yoldaşı Tərgül Mənsimovanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İttihama görə, səhhətində problem olan İ.Mənsimov arvadından pensiya kartını istəyib. Qadın da kartı ona vermədiyi üçün İ.Mənsimov bıçağa əl atıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. İstintaq dövründə İ.Mənsimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi