Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır

Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən İlham Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
8 yanvar 2020 10:38
Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır

Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən İlham Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rahib Salmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabrında paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb. Nizami Rayon Polis İdarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi