Bakıda arvadına bizlə çoxsaylı xəsarətlər yetirən 25 yaşlı gəncə hökm oxunub

Bakıda arvadına bizlə çoxsaylı xəsarətlər yetirən 25 yaşlı gəncə hökm oxunub O, 4 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Mart , 2017 11:33
Bakıda arvadına bizlə çoxsaylı xəsarətlər yetirən 25 yaşlı gəncə hökm oxunub

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin, Xətai rayonunun Naximov küçəsi 3 ünvanının qarşısında qeydə alınıb. Həmin ünvanda 1991-ci il təvəllüdlü V.Məmmədov ailə münaqişəsi zəminində arvadı, 1990-cı il təvəllüdlü Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.

Q.Məmmədova 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağər zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi