Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkumun məhkəməsi başlayıb

Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkumun məhkəməsi başlayıb Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
20 Dekabr , 2018 16:55
Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkumun məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) 19-cu polis şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi