Bakıda aptek sahibi məhkəmə zalında həbs edilib

Bakıda aptek sahibi məhkəmə zalında həbs edilib Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
135
6 Mart , 2018 14:51
Bakıda aptek sahibi məhkəmə zalında həbs edilib

 Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Qurbanov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub. 

Hökmə əsasən, C.Hüseynov isə 1000 manat məbləğində cərimə edilib.

İttihama görə, Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Dəstənin üzvləri – Gürcüstan Respublikasının vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər. Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.

Xatırladaq ki, hər iki şəxsin apteki olub.

Son xəbərlər

Orphus sistemi