Bakıda anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb

Bakıda anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabıları oğurlanıb.
Hadisə
15 May , 2019 11:48
Bakıda anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb

Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabıları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevralın 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi