Bakıda anasını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda anasını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB Bakı. 27 fevral. REPORT.AZ/ Bakının Qaradağ rayonunda anasını qətlə yetirən şəxs saxlanılıb.
Hadisə
27 Fevral , 2018 10:23
Bakıda anasını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Bakının Qaradağ rayonunda anasını qətlə yetirən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, C.İslamov əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, sonra onu boğub. Zərərçəkmiş digər oğlunun köməyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 120.1 ( Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb.


***23:12

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhərində oğul anasını qətlə yetirib. 

"Report"un xəbərinə görə, gecə saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova hələki bilinməyən mübahisə zəminində oğlu, 1984-cü il təvəllüdlü Cəlil Ağasəlim oğlu İslamov tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi