Yuxarı

​Bakıda anasını öldürən gəncin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş Zöhrabov barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin iyul ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib.

S.Zöhrabov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi