Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda anasını öldürən gənc Rusiya Federasiyasına geçmək istəyərkən tutulub.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) və Qusar rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsində yerləşən modalar evində dərzi işləyən anası 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində tutularaq istintaqa cəlb olunub.