Martın 18-də, axşam saat 21 radələrində Bakının Nizami rayonunda ana və qızını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.