Bakıda ana və iki övladını avtomobillə vurub öldürən sürücü 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda ana və iki övladını avtomobillə vurub öldürən sürücü 9 il müddətinə azadlıqdan məhrum edilib Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
24 Noyabr , 2016 12:46
Bakıda ana və iki övladını avtomobillə vurub öldürən sürücü 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub 

Məhkəmənin hökmü ilə O.Heydərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində baş verib. Bakı şəhər sakini O.Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada yerində ölüb.

O.Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi