Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb

Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.
Hadisə
10 Dekabr , 2019 13:54
Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb

Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi