Bakıda alim arvadını bıçaqlayıb

Bakıda alim arvadını bıçaqlayıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hadisə
18 Oktyabr , 2018 16:33
Bakıda alim arvadını bıçaqlayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Elan olunmuş ittiham üzrə A.Qədirov özünü təqsirli bilmədiyini deyib.

O, ifadəsində hadisə zamanı arvadını bilmədən bıçaqladığını söyləyib.

Daha sonra məhkəmədə şahidlər dindirilib.

Məhkəmə iclası növbəti həftə davam etdiriləcək.

İttiham aktına əsasən, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boyunundan bıçaqlayıb.

Onların evdə olan qızı təcili tibbi yardım əməkdaşları çağırıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Qədirova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Qədirov Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib, fizika-riyaziyyat elmləri namizədi və dosentdir. O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi