Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib

Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib Hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb
Hadisə
3 Oktyabr , 2017 06:06
Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi