Bakıda ahıl yaşlı qadın soyulub

Bakıda ahıl yaşlı qadın soyulub Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Dekabr , 2014 10:38
Bakıda ahıl yaşlı qadın soyulub

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.  Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 8-də saat 17:00 radələrində, Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub. Araşdırma zamanı H.Tahirovun əvvəllər məhkum olunduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi