Yuxarı

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub
Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda baş verib. 

Belə ki, Mehmandarov küçəsində 70 yaşlı Səfayət Əbdüləzimov və onun həyat yoldaşı 62 yaşlı Əhmədova Qaragöz İsa qızı yolu keçmək istəyərkən onları avtomobil vurub. Ağır xəsarət alan hər iki şəxs yoldan keçən digər sürücülərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi