Bakıda ahıl qadını vuraraq öldürən avtomobilin sürücüsü tutulub

Bakıda ahıl qadını vuraraq öldürən avtomobilin sürücüsü tutulub Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
26 Yanvar , 2017 12:42
Bakıda ahıl qadını vuraraq öldürən avtomobilin sürücüsü tutulub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda ahıl qadını vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Bakı şəhər sakini Gülqız Mustafayevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Nurlan Nəsirov tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi