Bakıda ahıl qadını avtomobil vurub

Bakıda ahıl qadını avtomobil vurub O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
23 Yanvar , 2018 05:40
Bakıda ahıl qadını avtomobil vurub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi