Bakıda ahıl kişini avtomobil vurub - FOTO

Bakıda ahıl kişini avtomobil vurub - FOTO Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
10 Yanvar , 2018 01:23

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda ahıl kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunu "Mercedes" markalı minik avtomobili vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi