Xətaidə avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirdi

Xətaidə avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirdi Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
370
4 Sentyabr , 2020 23:48
Xətaidə avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1960-cı il təvəllüdlü Sergey Cemidovu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları və bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi