Bakıda ahıl kişi naməlum şəxs tərəfindən 3 bıçaq xəsarət alıb

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən 3 bıçaq xəsarət alıb Məmmədhüseyn Musazadə boğazından bıçaq xəsarəti alıb
Hadisə
21 Sentyabr , 2017 05:51
Bakıda ahıl kişi naməlum şəxs tərəfindən 3 bıçaq xəsarət alıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda ahıl kişi boğazından bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Siraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi