Bakıda ağır yol qəzasında bir ailənin dörd üzvü yaralandı

Bakıda ağır yol qəzasında bir ailənin dörd üzvü yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Fevral , 2021 02:20
Bakıda ağır yol qəzasında bir ailənin dörd üzvü yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi DSK yolunda 1984-cü il təvəllüdlü Bayramov Bayram, 1991-ci il təvəllüdlü Bayramova Solmaz, 2016-cı il təvəllüdlü Bayramlı Sofiya, 2012-ci il təvəllüdlü Bayramlı Aysu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

B.Bayramova alın nahiyəsinin yumşaq toxumalarının əziyi, S.Bayramovada isə alın nahiyəsinin əzilmiş yarası, Sofiya Bayramlı və Aysu Bayramlıya sağ dizlərinin əziyi diaqnozu qoyulub. Digər maşında xəsarət alan 45 yaşlı Kərimova Rüxsarə isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi