Bakıda ağır yol qəzası baş verdi, yaralılar var

Bakıda ağır yol qəzası baş verdi, yaralılar var Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
1083
2 Mart , 2020 02:11
Bakıda ağır yol qəzası baş verdi, yaralılar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı 1-i qadın olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ərazidəki insanların köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Onlardan biri - “Niva”nın sürücüsü, 1991-ci il təvəllüdlü Qəhrəmanov Şəhriyar İntiqam oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan yaralılarla bağlı məlumat verməkdən imtina ediblər.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi