Bakıda ağır qəza törədən şəxs kassasiya şikayəti verib

Bakıda ağır qəza törədən şəxs kassasiya şikayəti verib Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktyabrın 20-nə təyin edilib
Hadisə
18 Oktyabr , 2016 10:06
Bakıda ağır qəza törədən şəxs kassasiya şikayəti verib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynli kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktyabrın 20-nə təyin edilib.

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayının 19-da Xətai rayonu ərazisində baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Yaralılardan biri sonradan ölüb. Hadisəni törətməkdə təqsirli bilinən K.Hüseynli saxlanılıb.

O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Ötən il may ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. K.Hüseynli daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi