Bakıda ağır qəza tıxaca səbəb oldu - VİDEO - YENİLƏNİB

Bakıda ağır qəza tıxaca səbəb oldu - VİDEO - YENİLƏNİB Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “KİA” markalı iki minik avtomobili toqquşub.
Hadisə
20 Oktyabr , 2019 23:50
Bakıda ağır qəza tıxaca səbəb oldu - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “KİA” markalı iki minik avtomobili toqquşub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


***21:07

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb. Qəzada “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Yol hadisəsi Fətəli Xan Xoyski küçəsində tıxaca səbəb olub.

Hadisə yerinə DYP əməkaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi