Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Abdullayev Cavid Vidadi oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.