Bakıda ağaclıq ərazidə yanğın olub

Bakıda ağaclıq ərazidə yanğın olub Bakıda ağaclıq ərazidə yanğın hadisəsi olub
Hadisə
19 May , 2021 11:28
Bakıda ağaclıq ərazidə yanğın olub
0 : 00
0 : 00

Bakıda ağaclıq ərazidə yanğın hadisəsi olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 1 ədəd şam ağacı və 20 m² sahədə quru ot yanıb.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi