Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb

Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
24 Fevral , 2018 11:01
Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayonun 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi