Bakıda adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər yetirmədə təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
21 Fevral , 2019 10:50
Bakıda adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər yetirmədə təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonunda baş verib. Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb, onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının araşdırması zamanı R.Nurullayevi bıçaqlamaqda şübhəli bilinən A.Hacıyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi