İyulun 20-də Yasamal rayonu ərazisindən A.Naqornıyın kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.