Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB Bakıda açıq ərazi yanır.
Hadisə
29 Mart , 2023 18:24
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

18:06

Bakıda açıq ərazi yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Son xəbərlər

Orphus sistemi