Bakıda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2 Bakıda açıq ərazi yanır.
Hadisə
27 Mart , 2023 19:15
Bakıda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda açıq ərazidə baş vermiş yanğın söndürülüb. 

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17:35

Bakıda açıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

17.01

Bakıda açıq ərazi yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Son xəbərlər

Orphus sistemi