Bakıda ABŞ səfirliyinin qarşısındakı qəzada hadisə yerindən qaçan motosikletçinin şəxsiyyəti dəqiqləşdirilib

Bakıda ABŞ səfirliyinin qarşısındakı qəzada hadisə yerindən qaçan motosikletçinin şəxsiyyəti dəqiqləşdirilib Onun tutulması istiqamətində axtarışlar davam etdirilir
Hadisə
30 Dekabr , 2014 13:23
Bakıda ABŞ səfirliyinin qarşısındakı qəzada hadisə yerindən qaçan motosikletçinin şəxsiyyəti dəqiqləşdirilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda ABŞ səfirliyinin avtomaşınının da əzildiyi qəzada hadisə yerindən qaçan digər motosikletin sürücüsünün şəxsiyyəti dəqiqləşdirilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən qaçmış “Huju” markalı motosikletin sürücüsünün Bakı şəhər sakini Rüstəm Zeynalov olması müəyyən edilib. Onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi