Yuxarı

​Bakıda 90 yaşlı vəkil müdir vəzifəsindən azad edilib

Onun əvəzinə 6 saylı Hüquq Məsləhətxanasına Mirzə Rəhimov təyin olunub

Bakı. 16 mart. REPORT.AZ/ 6 saylı Hüquq Məsləhətxanasının müdiri Qubad Zamanov vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, onun vəzifəsindən azad edilməsinə səbəb kimi yaşının çox olması göstərilib.

Q.Zamanov isə yaşının çox olması ilə razılaşdığını, lakin daha bir neçə ay vəzifədə qalmasına imkan verilməsini Vəkillər Kollegiyasının rəhbərliyindən xahiş edib. Belə ki, o, dörd aydan sonra 90 yaşı tamam olacağını deyərək, məhz ilin ortasına qədər müdir vəzifəsində qalmaq istədiyini bildirib. Lakin onun xahişi nəzərə alınmayıb. 

Bu il 90 yaşı tamam olacaq Q.Zamanov 6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsindən azad edilsə də, həmin qurumda vəkil kimi çalışır.

6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsinə isə Mirzə Rəhimov təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi